19 C
Baku
Monday, May 27, 2024

“Azərsu”nun yığılmış zərəri 6 mlrd. manatın astanasında

“Azərsu” ASC-nin ötən il ərzində cəmi gəlirləri 4% artsa da xərclərin artması səbəbindən zərərlə bitirməsniə səbəb olub.

Banker.az xəbər verir ki, bu barədə “Azərsu”nun açıqladığı 2017-ci il üzrə audit hesabatında deyilir.

Cəmiyyətin cəmi gəlirləri 165,75 mln. manat əldə edib ki, bu da əvvəlki illə müqayisədə artması deməkdir. Lakin, qurumun inzibati – 31,22 mln. manat, satış və paylama – 66,74 mln. manat və digər əməliyyat xərclərinə – 567,42 mln. manat təşkil edib. Beləliklə qurumun ümümi əməliyyat zərəri 504,61 mln. manat olub ki, bu da ötən ildəkindən 107,2 mln. daha az zərər olması deməkdir. İllərdir etdiyi zərərin ardından cəmi yığılmış zərərin miqdarı 5,9 mlrd. manat.

“Azərsu”nun cəmi aktivləri il ərzində 14% artaraq 694,44 mln. manat təşkil edib. Hazırda qurumun cəmi öhdəlikləri 755,8 mln. manata düşüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər