12 C
Baku
Friday, March 29, 2024

“Azərsu”dan Babək prospektindəki hadisəylə bağlı – açıqlama

“Azərsu” ASC Bakının Xətai rayonunun Babək prospektində “Mercedes” markalı avtomobilin xəndəyə düşməsi ilə bağlı məlumat yayıb.

Banker.az Report-a istinadla xəbər verir ki, məlumatda deyilir ki, prospektin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb.

“Bu zaman bütün tikinti və texniki normalara əməl olunub. Qazıntı aparılan sahənin yaxınlığında məlumatverici lövhə, xəbərdarlıq nişanları və qoruyucu lentlər qoyulub. Mətbuatda yayımlanmış fotoşəkillərdə də məlumatverici lövhələrin və qoruyucu vasitələrin mövcud olması əksini tapıb. Bu xəbərdarlıqedici vasitələr gecə saatlarında hərəkətdə olan bir nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi – “Mersedes” markalı avtomobil xəndəyə düşüb. Hadisə yerinə dərhal “Azərsu”nun əməkdaşları və texnikası cəlb olunub. Xüsusi texnika vasitəsilə avtomobil xəndəkdən çıxarılıb. Hazırda ərazidə təmir işlərinin başa çatdırılması istiqamətində işlər davam etdirilir, – deyə məlumatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər