“Azərsu”dan “İnterkabel”ə 2.3 milyon manatlıq sifariş

“Azərsu” Açıq Səhmdar Cəmiyyət ilə “İnterkabel” Firması 2.3 milyon manatlıq müqavilə bağladı.

Banker.az xəbər verir ki, müqavilədə Elektrik sahəsi üçün lazım olan mal-material və avadanlıqların satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 2 milyon 295 min 378 manatdır.

Bildirək ki, “İnterkabel” Firması 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Bunun nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Yasin Molanovdur.

Son xəbərlər
Digər xəbərlər