“Azərsun Holding” MMC və onun törəmə müəssisələri 2024-ci ildə 43.97 milyon manat xalis mənfəət əldə etməklə öncəki ildən az olub. Halbuki, 2023-cü ildə holdinqin 58.31 mln. manat xalis mənfəəti olmuşdu.
Banker.az bunu holdinqin konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir.
Bununla da bölüşdürülməmiş mənfəətin həcmi 684.8 mln. manat olub.
Qrupun ümumi gəliri 2024-cü ildə 1 milyard 661 milyon manat təşkil edib. Bu göstərici 2023-cü ildəki 1 milyard 811 milyon manat ilə müqayisədə 8.25% və ya 149.5 milyon manat azalmışdır.
Satışların maya dəyəri isə 2024-cü ildə 1 milyard 213.9 milyon manat, 2023-cü ildə isə 1 milyard 347.7 milyon manat olub. Bu da 133.8 milyon manat və ya 9.93% azalma deməkdir. Bununla da, mənfəət 447.4 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 3.4% azalmadır.
Əməliyyat xərcləri və digər təsirlər nəticəsində vergidən əvvəlki mənfəət 73.4 milyon manat təşkil edib – bu da 2023-cü ilin 86.9 milyon manatı ilə müqayisədə 15.5% azalamdır.
Şirkətin ümumi aktivləri 2024-cü ildə 1 milyard 291.1 milyon manata yüksəlib, bu da əvvəlki ilin sonundakı 1 milyard 071.6 milyon manatla müqayisədə 219.5 milyon manat və ya 20.5% artım deməkdir.
Kapitalda da artım müşahidə olunub. Cəmi kapital 2024-cü ildə 684.8 milyon manat olub ki, bu da 2023-cü ilə nisbətən 47 milyon manat və ya 7.4% artımdır.
Digər tərəfdən, cəmi öhdəliklər 606.3 milyon manata çatıb, bu da il ərzində 172.4 milyon manat və ya 39.7% artım deməkdir