11 C
Baku
Monday, November 25, 2024

“Azərsun Holdinq”ə yaxın şirkətlərə “maya” qoyulur

“Azərsun Holdinq” MMC-yə yaxın 4 şirkətin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, bunlar “Anadolu İnvestment Kompani” MMC, “Al Market” MMC və “Qafqaz Konserv Zavodu” MMC-dir.

“Anadolu İnvestment Kompani”nin nizamnamə kapitalı  1 498 267 manat və ya 6% artırılmaqla 27 435 761 manata çatdırılıb. Qeyd edək ki, şirkət 2003-cü ildə təsis edilib, Azərbaycan Sənaye Bankının səhmdarıdır.

“Al Market” MMC-nin nizamnamə kapitalı  31 350 000 manat və ya 4 dəfəyə yaxın artırılmaqla 42 278 622 manata yüksəldilib. Bu şirkət pərakəndə ticarətlə məşğuldur.

“Qafqaz Konserv Zavodu”nun nizamnamə kapitalı isə  26 919 675 manat və ya 2.3 dfə artırlmaqla 47 919 675 manat olub.

Son xəbərlər
Digər xəbərlər