2 C
Baku
Saturday, December 14, 2024

“Azərsun Holdinq” 1.82 milyardlıq gəlir, 58 milyon manat xalis mənfəət əldə edib

Azərbaycanın qida sektorunda fəaliyyət göstərən “Azərsun Holdinq” MMC (Azersun Holding) 2023-cü ildə 58.31 milyon manat xalis mənfəət əldə etməklə 2022-ci ili 3.8 dəfə üstələmiş olub.

Banker.az xəbər verir ki, bu barədə holdinqin illik konsolidasiya edilmiş audit hesabatında bildirilir.

Bildirilir ki, holdinq 2023-cü ildə 1 mlrd. 810.87 milyon manat gəlir əldə edib. Bu gəlir 2022-ci ildə 1 mlrd. 825.27 mln. manat idi və illik müqayisədə 0.7% azdır. Satışın maya dəyəri 1 mlrd. 347.68 mln. manat olub.

Şirkət ötən il ərzində bir sıra xərcləri üzrə optimallaşdırma etsə də, məcmu gəlirlərinin yüksəlməsinə “digər” amillər səbəb olub. Belə ki, şirkət 2023-cü il üzrə satış və paylama xərclərini illik müqayisədə 6.6% azaldaraq 93.48 mln. manata, maliyyə xərclərini 6.3% 22.46 mln. manata azaldarkən, inzibati və digər xərclərini 8.8 faiz artırmaqla 324.87 mln. manata yüksəldib. Holdinqin “digər” kimi təsnifləşdirilmiş mənbədən gəlirləri 2022-ci ildə mln. manat ikən, 2023-cü ildə bu rəqəm 67.93 mln. manata qalxıb.

Ötən ilki xalis mənfəətdən sonra holdinqin balansındakı bölüşdürülməmiş mənfəət 517.93 mln. manata qalxıb.

Son xəbərlər
Digər xəbərlər