“Azərsun Holdinq” MMC “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi məhkəməyə verdi.
Banker.az-ın məlumatına görə, “Azərsun Holdinq” Dövlət Agentliyi barəsində mülkiyyət hüququ ilə əlaqədar mübahisələr – Daşınmaz əmlak üzrə mübahisələrə görə müraciət edib.
İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.