“Azərsun Holdinq” MMC-nin Xaçmazdakı iri meyvə-tərəvəz zavodunun nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, “Qafqaz Konserv Zavodu” MMC-nin nizamnamə kapitalı 26 919 675 (26.92 mln.) və ya 128% artırılmaqla 47 919 675 manata (47.92 mln. manata) çatdırılıb.
Qeyd edək ki, “Qafqaz Konserv Zavodu” 12.09.2003-cü il tarixində Xaçmaz rayonunda fəaliyyətə başlayıb. Müəssisənin ümumi sahəsi 40 hektara yaxındır. Qafqaz Konserv Zavodu illik 20-25 (13-15 faktiki) min ton meyvə-tərəvəz konservi və 9 (6 faktiki) min ton ət konservi məhsullarının istehsalı gücünə malik olmaqla, Azərbaycan Respublikasının Şimal Regionunda Kənd Təsərrüfatı məhsullarının əsas alıcısı kimi fəaliyyət göstərir.