“Azərsun Holdinq” iri zavodunun kapitalı 2 qat artırıldı

“Azərsun Holdinq” MMC-nin Xaçmazdakı iri meyvə-tərəvəz zavodunun nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, “Qafqaz Konserv Zavodu” MMC-nin nizamnamə kapitalı  26 919 675 (26.92 mln.) və ya 128% artırılmaqla 47 919 675 manata  (47.92 mln. manata) çatdırılıb.

Qeyd edək ki, “Qafqaz Konserv Zavodu” 12.09.2003-cü il tarixində Xaçmaz rayonunda fəaliyyətə başlayıb. Müəssisənin ümumi sahəsi 40 hektara yaxındır. Qafqaz Konserv Zavodu illik 20-25 (13-15 faktiki) min ton meyvə-tərəvəz konservi və 9 (6 faktiki) min ton ət konservi məhsullarının istehsalı gücünə malik olmaqla, Azərbaycan Respublikasının Şimal Regionunda Kənd Təsərrüfatı məhsullarının əsas alıcısı kimi fəaliyyət göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər