“Azərsun Holdinq”ə məxsus olan “Sun Food” MMC-nin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, “Sun Food” MMC-nin nizamnamə kapitalı 100 min manat artırılaraq 110 225 020 manat olub. Buna qədər şirkətin nizamnamə kapitalı 110 125 020 manat idi.
Xatırladaq ki, “A-Təchizat” MMC iştirakçıların ümumi yığıncağının qərarına əsasən “Sun Food” MMC-yə qoşularaq ləğv olunduğunu elan etmişdir.
“Sun Food” MMC isə 2003-cü ildə yaradılıb, qanuni təmsilçisi İrfan Yılmazdır.