“Azərsun Holdinq” MMC-nin törəmə şirkət “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC-nin rəhbəri dəyişdirilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, Halil Tanrıverdi şirkətin baş icraçı direktoru təyin edilib.
O, bu vəzifədə Abdullah Karagünü əvəzləyib.
Xatırladaq ki, “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC 2007-ci ildə təsis edilib və 41 milyon manat nizamnamə kapitalı var.