Azərbaycan Respublikası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sutikinti” Müəssisəsi adını və təşkilati-hüquqi forması dəyişir.
Banker.az xəbər verir ki, adını və təşkilati-hüquqi forması dəyişərək “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsın “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edir.
Müəssisə 2008-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sutikinti” müəssisəsi kimi dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 423 420 manat olan müəssisənin qanuni təmsilçisi isə İmanlı Orxan Yasəf oğludur.