9 C
Baku
Sunday, November 17, 2024

“Azərsu”ya 25 min manatadək cərimə protokolu yazılıb

“Azərsu” ASC-yə cərimə protokolu yazılıb.

Banker.az xəbər verir ki, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 237.2-ci (Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Ramilə Xəzrinin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İXM-nin həmin maddəsinə əsasən, fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər