6 C
Baku
Thursday, December 5, 2024

“Azərtəkrarqarametal” zərər ilə işləməyə davam edib

“Azərtəkrarqarametal” ASC 2021-ci ili 10 542 manat xalis zərər ilə başa vurub. 2020-ci ildə şirkətin zərəri isə 17 504 manat olub.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azərtəkrarqarametal”ın sair əməliyyat gəlirləri 29 624 manat, inzibati xərcləri 25 430 manat, sair əməliyyat xərcləri 14 196 manat təşkil edib.

31 dekabr 2021-ci il tarixinə “Azərtəkrarqarametal”ın aktivləri cüzi azalaraq 1 milyon 532 min manat olub.

Şirkətin cəmi öhdəlikləri illik müqayisədə 0.4% artaraq 2 milyon 496 min manat, cəmi kapitalı isə 1% artaraq 963 900 manat təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər