“Azərtikintiservis” ASC 2024-cü ili 2 249 manat mənfəətlə başa vurub. 2023-cü ildə şirkətin mənfəəti 4 006 manat olub ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın azalmadır.
Banker.az bu barədə ASC-yə istinadən xəbər verir.
Ötən il “Azərtikinti Servis” ASC-nin əsas əməliyyat gəlirləri 37% artaraq 194 089 manat olub. Satışın maya dəyəri isə 136 542 manatdan 191 278 manata çatıb.
Xatırladaq ki, “Azərtikintiservis” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 263 014 manatdır və qanuni təmsilçisi Malik Həmidovdur.