5 C
Baku
Saturday, December 14, 2024

“Azərtütün Aqrar Sənaye Kompleksi” özəlləşdirilir – Sərəncam

Prezident İlham Əliyev “Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin özəlləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) özəlləşdirilməyə açıq elan edilsin.

Müəyyən edilsin ki:

– Cəmiyyətin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə həyata keçirilir;

– Cəmiyyətin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorlar da iştirak edir.

İqtisadiyyat Nazirliyi Cəmiyyətin özəlləşdirilməsini “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq təmin edəcək.

Cəmiyyət özəlləşdirilənədək “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti onun idarə olunmasını və əmlakının qorunub saxlanılmasını təmin edəcək.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Son xəbərlər
Digər xəbərlər