9 C
Baku
Thursday, December 12, 2024

“Azərtütün”ün ixracdan gəlirləri 2 dəfəyə yaxın azalıb

2020-ci ildə “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC 1.4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

2019-cu ildə “Azərtütün”ün ixrac etdiyi məhsulların dəyəri isə 2.5 milyon dollar olub ki, bu da illik müqayisədə 44% və ya 1.8 dəfə azalma deməkdir.

Qeyd edək ki, “Azərtütün ASK” MMC Azərbaycan Prezidentinin 4 dekabr 2017-ci il tarixli, 1 704 saylı Fərmanına uyğun olaraq, “İntertobacco” MMC-nin əmlakları “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə götürülüb və 25 may 2018-ci il tarixdən “Azərtütün ASK” MMC qeydiyyata alınaraq fəaliyyətə başlayıb.

 

Son xəbərlər
Digər xəbərlər