“Azərxalça”nın 31 dekabr 2021-ci il tarixinə işçi sayı 1256 nəfər olub.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
31 dekabr 2020-ci il tarixinə isə ASC-nin 1606 nəfər işçisi olub ki, bu da illik müqayisədə 350 nəfər işçinin azalması deməkdir.
Qeyd edək ki, “Azərxalça” Azərbaycan prezidentinin sərəncamı ilə 5 may 2016-cı ildə təsis edilib.