20 C
Baku
Friday, May 3, 2024

“Azərxalça”nın işçilərinin sayı 11 % azalıb

2021-ci il yanvarın 1-nə “Azərxalça” ASC-nin 1 606 nəfər işçisi olub.

Banker.az xəbər verir ki, bu, 2020-ci il yanvarın 1-i ilə müqayisədə 189 nəfər və yaxud 10.5% azdır.

Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. 100% dövlətə məxsus olan səhmdar cəmiyyəti ölkədə xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər