“Azərxalça” ASC 2024-cü ili 2 milyon 118 min manat xalis zərər ilə başa vurub. Şirkət 2023-cü ili 1 miyon 746 min manat xalis zərər ilə bağlayıb ki, bu da illik müqayisədə zərərin 21% artması deməkdir.
Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
“Azərxalça” şirkətinin əməliyyat gəlirləri 2023-cü ildə 4 miyon 339 min manat ikən, 2024-cü ildə 5 milyon 347 min manata çatıb.
Ötən il “Azərxalça”nın yığılmış zərəri 24 milyon 231 min manata çatıb. Əvvəlki il şirkətin yığılmış zərəri 22 milyon 152 min manat təşkil etmişdi.