13 C
Baku
Sunday, November 24, 2024

“Azərxalça”ya yeni sədr müavini təyin olunub

Emin Əfəndiyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Emin Əfəndiyev 1992-ci ildə Material Ehtiyatları Nazirliyi, “Azərtikinti Materialları” İdarəsində iş fəaliyyətinə başlayıb və 1996-cı ilədək mühəndis, 1-ci dərəcəli iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində fəaliyyətini davam etdirib.

1996-2004-cü illər ərzində “Rossiyskiy Kredit” BKB Rusiya-Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, departament müdiri, İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədrinin birinci müavini və son dörd ildə İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

2004-2009-cu illərdə AZAL SKB (2008-ci ildə adı dəyişdirilərək “Silk Way” SKB olmuşdur) İdarə Heyəti sədrinin müavini, 2009-2015-ci illərdə “Kapital Bank” ASC-nin 1 saylı Binəqədi Filialı və Bankın 1 saylı Səbail filialının müdiri vəzifəsində işləyib.

2015-2018-ci illərdə “MBA-Moskva” Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasında törəmə bankında İdarə Heyətinin sədri vəzifəsində iş fəaliyyətini davam etdirib.

2018-2021-ci illərdə “Azərpoçt” MMC-nin baş direktoru olub. 2021-ci ilin 12 oktyabr tarixindən etibarən “Azərxalça” ASC İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər