21 C
Baku
Saturday, September 28, 2024

Azətbaycanda bu şirkətin rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb

“Akkord Beton” MMC-nin rəhbəri Uğur Babayevin ölkədən getmə hüququ məhdudlaşdırılıb.

Bu barədə Vergilər Nazirliyinin açıqladığı məlumatda deyilir.

Bildirilir ki, “Akkord Beton” MMC vergi borcu olan vergi ödəyicilərin siyahısında yer alıb. Bu səbəbdən hüquqi şəxsin icra orqanının rəhbəri kimi U. Babayevin ölkədən getmə hüququ məhdudlaşdırılıb.

Vergi ödəyicisinin borcu açıqlanmayıb.

Qeyd edək ki, “Akkord Beton” MMC “Akkord” korporasiyasının törəmə müəssisəsidir.

APA

Son xəbərlər
Digər xəbərlər