15 C
Baku
Monday, May 6, 2024

Az əmək haqqı ilə necə əmanət yığmaq olar?

Böhran zamanı pul çatışmazlığı obyektiv reallıqdır. Bu dövrdə qənaət etməyi öyrənmək faydalı məşğuliyyət xarakteri daşıyır. Balanslaşdırılmamış büdcəniz varsa pullarınız barmaqlarınızın arasından sürüşüb gedəcək. Çünki pullar hesabını bilən və təşkilatçı sahibləri sevirlər. Bu məqalədə sizə az əmək haqqı ilə necə qənaət etmək olar mövzusundan bəhs edəcəyik.

Hər ay büdcənizi təşkil edən müəyyən məbləğdə pul əldə edirsiniz. Əsas olaraq xərclər – ərzaq, kommunal ödənişlər, internet haqqı, geyim, nəqliyyat və əyləncə xərclərindən ibarətdir.

Bütün xərcləri elektron cədvəldə və yaxud adi kağız qeyd dəftərçəsində qeyd etmək lazımdır. Bu “düzgün” xərclərin siyahısını tərtib etməyə və onlarsız da keçinə biləcəyiniz xərcləri aşkar etməyə kömək edəcək.

Şəxsi maliyyə məsləhətçiləri əsas olaraq hər ay əmək haqqınızın 10%-ni əmanət olaraq kənara qoymağı məsləhət görür. Pulları “yastıq altında” və yaxud bankda hesab açaraq yığa bilərsiniz. Qənaət etmək üsulunu seçərkən onun məqsədinizə nə dərəcədə uyğun gəldiyini müəyyən edin.

Aylıq əmək haqqınızın 10%-ni əmanət olaraq kənara qoyduqdan sonra, geridə qalan 90%-lə həyati vacib xərcləri yerinə yetirmək lazımdır. Bu xərclərə isə kommunal xərclər və s. yuxarıda qeyd etdiyimiz cəhətlər aiddir. Əgər bu ay özünüzə hər hansısa bir geyim almağı və yaxud səyahətə getmək üçün kənara pul qoymağı planlaşdırmısınızsa dərhal olaraq 90%-in müəyyən hissəsini bu məqsəd üçün ayırın. Geriyə qalan vəsaitləri növbəti əmək haqqına qədər qalan günlərə bölün. Gəlir və xərclər adlı şəxsi büdcəniz çərçivəsində bu pulları gündəlik olaraq nəqliyyat, ərzaq və s. üçün istifadə edə bilərsiniz.

Bütün bu xərclərdən əlavə, geriyə qalan məbləği əyləncə (restoran, teatr, muzey və s.ə getmək) üçün istifadə edə bilərsiniz. Bu üsulla az həcmli əmək haqqı ilə həyat sevincini itirmədən kənarda əmanət vəsaitlərinə sahib ola bilərsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər