12 C
Baku
Wednesday, December 11, 2024

“Az Estetik Group” digər şirkətin əmtəə nişanları qanunsuz istifadə edib – “Antiinhisar” iş qaldırdı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti  “Azcosmetics” MMC -nin təşəbbüs ilə “Az Estetik Group” MMC barəsində iş qaldırılıb.

Banker.az Dövlətr Xidmətinə istinadla xəbər verir ki, burada “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri aşkar edilib.

“Azcosmetics” MMC-yə məxsus “CUATRO” və “WERTEX” əmtəə nişanlarından “Az Estetik Group” MMC tərəfindən qanunsuz istifadə edilməsi əlamətləri üzrə araşdırılması 06.03.2023-cü il tarixində, saat 15:00-da AZ1000, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 84-də (Hökumət Evi, V qapı) işə baxılacaq.

Son xəbərlər
Digər xəbərlər