“AZ FP CO LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, 67 adda müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
AQTA-nın məlumatına əsasən, məhv edilmiş süd məhsullarının ümumi çəkisi 8659.25 kq olan məhv edilmiş süd məhsullar istehlaka yararsız olub və onların istifadə müddəti bitib.