Uğur qazanmış insanlar sutkanın 24 saatı məşğul olmalı deyillər.
Time-management heç də həmişə 100% faydalı olmur. Effektiv iş və zamana qənaət üsulunu sınaqdan keçirən bir çox insan qeyd edir ki, əslində onların məhsuldarlığı enir.
Əgər çox şeyə nail olmaq və bütün diqqətinizi zamanı idarə etməyə kökləmək istəmirsinizsə, öz şəxsi iş sxeminizi yaratmağa və iş yükünüzü düzgün təşkil etməyə çalışın. Bunun üçün isə sizə 7 sirr kömək edə bilər:
Digər insanların bacarığından istifadə edin:
Bəzən hər şey daha professional, daha yaxşı, daha uğurlu alınsın deyə bütün işləri özümüz görməyə çalışırıq. Bununla yanaşı, öz kolleqa və tabeliyinizdə olan işçiləri az qiymətləndirməyin. Onlar da tapşırıqları yerinə yetirə və əla nəticələrə nail ola bilərlər. Onlara etibar edin.
Bütün diqqətinizi daha çox gördüyünüz işə kökləyin:
Eyni anda bir neçə işi həyata keçirməyə çalışdıqda böyük ehtimalla diqqətinizi toplaya bilməyəcəksiniz. Diqqət dağınıqlığına qalib gəlmək üçün bütün diqqəti yalnız bir tapşırığa kökləməyə və onu bitirməyənə qədər işdən yayınmamağa çalışın. Kənar hadisələrə görə işin başından ayrılmayın. Bu şəkildə, tez bir zamanda yerinə yetirməli olduğunuz tapşırıqlardan birinin öhdəsindən uğurla gəlmiş olacaqsınız.
Sistemləşdirin və strategiya qurun:
Ən yaxşısı zamanı hər şeyi detallı olaraq düşünməyə sərf etməkdir, nəinki sonradan heç nəyi çatdırmamaq. Tapşırıqları yerinə yetirmək üçün şəxsi strategiyanızı yaradın, planlaşdırmanı tətbiq edin və müxtəlif variantlardan istifadə edin.
Güclü keyfiyyətlərinizdən istifadə edin:
Ən yaxşı dərk etdiyiniz sahələrdə daha effektiv şəkildə işləyəcəksiniz. Güclü keyfiyyətlərinizi təyin edin və yalnızca həqiqətən əmin olduğunuz işlə məşğul olun. Əgər cari tapşırıq sizə güc və enerji qazandırmayacaqsa, ən yaxşısı onu başqasına həvalə etməkdir.
Dincliyinizi qoruyun və yalnız düşünülmüş qərarlar verin:
Hətta ən çətin professional vəziyyətlərdə sakitliyinizi qoruyun və emosiyalarınıza sizə qalib gəlməyə imkan verməyin. Bu ağlın kəskinliyini qorumağa və səhvə yol verməməyə kömək edəcək.
Velosiped kəşf etməyin:
Tapşırıqları yerinə yetirərkən təkbaşına yeni metodika və yaxud alət kəşf etməyə çalışmayın. Bəli, bu yaradıcı yanaşmadır və o şübhəsiz ki, düzgün istifadə zamanı faydalıdır. Zaman çatışmazlığı və daimi işlə yüklənmə zamanı artıq sınanmış metodlardan istifadə etməyə üstünlük verin.
Mümkün olan hər şeyi edin:
Əla nəticələr əldə etməyə can atarkən, bütün gücünüzü ortaya qoymağa çalışın. Güc toplamaq üçün isə sizə məzuniyyət, həftə sonu və sərbəst vaxt lazımdır. Bu cəhəti unutmayın. Son olaraq, yadda saxlayın ki, prinsip çox sadədir: həqiqətən effektiv şəkildə işləmək üçün nə qədər işlədiyinizə deyil, bunu necə etdiyinizə fokus olun.
Və ən əsası – uğur qazanmış insanlar heç də çox məşğul insanlar demək deyil. Bu faktdır!