17 C
Baku
Monday, April 29, 2024

”Az-Lead”in istiqrazlarına 9 investor müştəri çıxıb

29 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında ”Az-Lead” MMC-nin tədavül müddəti 360 gün, nominal dəyəri 100 manat olan AZ2001025132 dövlət qeydiyyat nömrəli, 1,000,000 manat həcmində, faizli, təmin  edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 9 investor tərəfindən 100 manat qiymətindən 9 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 90 gün təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 29.12.2023-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “Az-Finance İnvestisiya Şirkəti” QSC-dir.

             

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər