27 C
Baku
Saturday, July 27, 2024

“AZ Nest” şirkəti tenderin qalibi oldu – Nazirlikdən 15 milyon manat alacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsi QSC ilə 15 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Özünüməşğulluq tədbirlərini həyata keçirmək məqsədilə aktivlərin (inventar, maşın və avadanlıqların) satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 14 505 272 manatdır.

Bildirək ki, “AZ Nest” QSC 2018-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 2 010 manatdır və qanuni təmsilçisi Elvin Ramazanovdur.

 

Son xəbərlər
Digər xəbərlər