12 C
Baku
Saturday, November 23, 2024

“AZ-PACK” şirkəti ötən il üzrə zərərini açıqlayıb

Azərbaycanda 2012-ci ildən fəaliyyət göstərən qablaşdırma şirkəti “AZ-PACK” MMC ötən il üzrə maliyyə hesabatını açıqlayıb. MMC ötən ili xalis zərərlə başa vurub.

Banker.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri ötən il 2.953 mln. manat (2020-ci ilə nisbətən 3,2 dəfə az), satış maya dəyəri üzrə xərcləri 3.874 mln. manat (2,3 dəfə az) olub. Bu göstəricilər 2020-ci illə müqayisədə müvafiq olaraq 3.2 dəfə, 2.3 dəfə azdır. Ötən il şirkətin ümumi zərəri 921.3 min manat təşkil edib, 2020-ci ildə isə “AZ-PACK” 766.9 min manat mənfəət əldə etmişdi. Bundan əlavə, şirkət 311.3 min manat sair gəlirlər əldə edib. Beləliklə, ötən il şirkətin əməliyyat və xalis zərəri 609.9 min manat olub. MMC 2020-ci ildə 410.9 min manat xalis mənfəət açıqlamışdı.

Bu ilin əvvəlinə şirkətin cəmi aktivləri 22% azalaraq 9,203 milyon manata, cəmi öhdəlikləri 19,6% azalaraq 9,078 milyon manata, cəmi kapitalı isə 5,9 dəfə azalaraq 125,5 min manata enib.

Son xəbərlər
Digər xəbərlər