“Az-Ros Garden” Qapalı Səhmdar Cəmiyyəti və “Şirin Aqro” Qapalı Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formalarını Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevirməklə bağlı qərar verib.
Banker.az xəbər verir ki, hər iki şirkət nominal dəyəri 50 manat olan 41 ədəd adi adlı səhmi dövriyyədən çıxarıldığını elan edib.
“Şirin Aqro” Qapalı Səhmdar Cəmiyyəti Şəmkir rayonu, Yeni Həyat qəsəbəsi, Nəriman Nərimanov ev 99 ünvanında fəaliyyət göstərir. Nizamnamə kapitalı 2050 AZN-dir, qanuni təmsilçisi Xanlar Hümmətov İsrafil oğludur.
“Az-Ros Garden” Qapalı Səhmdar Cəmiyyəti Şəmkir rayonu, Şəmkir şəhəri, Nəsimi ev 8B ünvanında fəaliyyət göstərir. Nizamnamə kapitalı 2050 AZN, qanuni təmsilçisi İslam İsgəndərov Nəsrəddin oğludur.





