1 C
Baku
Saturday, December 14, 2024

Ölkəmizə Rusiyadan alınan lokomotivlər Fransadan alınanlardan daha baha olub

2019-cu il ərzində Azərbaycana gətirilən 17 xarici elektrik enerji mənbəyi ilə işləyən dəmiryol lokomotivlərinin dəyəri məlum olub.

Banker.az saytının rəsmi rəqəmlərə istinadən xəbərinə görə, buna görə, Azərbaycan $101,5 mln. dəyərində xərc çəkib.

İdxal edilən bu lokomotivlərin 8-i Fransadan $43,27 mln. xərclə alınıb. Bu lokomotivlərin hər birinə ortalama $5,41 mln. xərclənib.

9-u isə Rusiya Federasiyasından idxal olunmaqla ümumi idxal dəyəri $58,22 mln dollar təşkil etmişdir. Göründüyü kimi, Rusiyadan idxal edilən lokomotivlərin dəyəri Fransadan daha çox olmaqla yanaşı ortalama hər biri üzrə qiyməti $6,47 mln təşkil edir.

2018-ci ildə Azərbaycana 9 ədəd bu tip lokomotivlər idxal olunmuşdu ki, bunlarında ümumi idxal dəyəri  $19,23 mln təşkil edirdi.

Bildirək ki, artıq bir neçə ildir ki, Bakı Metropoliteni və Azərbaycan Dəmir Yolları qatar parkını yeniləməklə xaricdən yeraltı və yürüstü hərəkət edən lokomotivlər gətirirlər.

Azərbaycan tərəfi “Stadler” şirkətinə bununla bağlı vaqonlar sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlarda 10, 20 və 32 nəfərlik yer olur.

Son xəbərlər
Digər xəbərlər