6 C
Baku
Sunday, December 15, 2024

Azad Cəfərli: “Azərbaycanda 59 min hektarda pivot suvarma sistemləri qurulub”

Azərbaycanda 59 min hektar ərazidə pivot suvarma sistemləri qurulub.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin yumşaldılması üçün strategiya hazırlanıb: “Bu, resursların idarə edilməsi baxımından çox vacibdir. Beləliklə, bütün bu fəaliyyətlər özəl-dövlət tərəfdaşlığı vasitəsilə kənd təsərrüfatı sektorunda iqlimə davamlılığı gücləndirməkdir və bunlar strategiyaya daxildir”.

O vurğulayıb ki, ölkədə iri fermer təsərrüfatlarında ağıllı kənd təsərrüfatı təcrübələri həyata keçirilir: “Bu təcrübələrlə torpaqda eroziyasının qarşısını almaq mümkündür. İşğaldan azad edilmiş ərazilərdə iqlimə uyğun kənd təsərrüfatı təcrübəsinin həyata keçirilməsi üçün özəl-dövlət tərəfdaşlığı formasında aqrar sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”.

Son xəbərlər
Digər xəbərlər