14 C
Baku
Sunday, April 21, 2024

Azad edilmiş ərazilərə köçənlərin xidməti mənzillərinin qəzalı binalardakı köçkünlərə verilməsi təklif olunur

Ombudsman hazırda yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər tərəfindən təhvil verilmiş xidməti mənzillərə müvəqqəti olaraq köçürülməsini məqsədəmüvafiq hesab edir.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd edilib ki, qaçqınlar, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hüquqlarının təmin edilməsi məsələləri Ombudsmanın diqqət mərkəzində olmuşdur. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar Ombudsmanın ünvanına daxil olmuş müraciətlər araşdırılmış, bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının daha səmərəli təmini məqsədilə səlahiyyətli dövlət orqanları ilə əməkdaşlıqda müvafiq tədbirlər həyata keçirilmiş, aidiyyəti dövlət qurumlarına tövsiyələr verilib.

MənbəAPA
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər