14 C
Baku
Friday, May 24, 2024

Azad edilmiş ərazilərdə 2 mülki şəxs minaya düşüb, biri ölüb – Yenilənib

14:53

Azad edilmiş ərazidə 1 nəfərin ölümü, digər şəxsin isə xəsarət alması ilə nəticələnən mina partlayışları üzrə araşdırma aparılır.

Bu barədə Xocavənd Rayon Prokurorluğu məlumat yayıb.

Belə ki, oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş ərazidə 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

***

10:30

Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri Füzuli rayonunda baş verən mina partlayışı barədə məlumat yayıb.

ANAMA-dan daxil olan məlumatda bildirilib ki, 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində “QAZel” markalı maşının sürücüsü, 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, “KamAZ” tipli yük maşınının sürücüsü, 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır!

***

10:01

İşğaldan azad edilmiş ərazilərdə 2 mülki şəxs minaya düşüb.

Onlardan biri hadisə yerində ölüb, digər isə ağır xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb edilib,

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər