8 C
Baku
Monday, November 18, 2024

Azad edilmiş ərazilərə qayıdacaq 6 minə yaxın vətəndaş ixtisasartırmaya cəlb ediləcək

İşğaldan azad edilmiş ərazilərə qayıdacaq 6 minə yaxın vətəndaş ixtisasartırma və təlimlərə cəlb ediləcək.

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov media nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, bu istiqamətdə konkret planlar var:

“Həmin şəxslər köçənə qədər ixtisaslarını artıracaq, həmçinin müvafiq sertifikat alacaqlar. 5000 nəfər qısamüddətli təlimə, 1000 nəfər isə qısamüddətli ixtisasartırma təliminə cəlb olunacaq”.

O həmçinin əlavə edib ki, peşə təhsilində tələbələrin böyük hissəsi dövlət hesabına təhsil alır:

“Dövlət vətəndaşın hansısa bir peşəyə sahib olmasında maraqlıdır. Bu, dövlət siyasətinin tərkib hissəsidir və ildən-ilə dövlət sifarişli yerlərin sayı daha da artırılacaq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər