İşğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə müəssisələr üçün rəqəmsal çərçivələr müəyyənləşdiriləcək.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”da əksini tapıb.
Strategiyaya əsasən, İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə 2026-2029-cu illər ərzində müəssisələr üçün rəqəmsal çərçivələrin meyarlarının hazırlanmasını, azı 20 müəssisənin öz fəaliyyətini müvafiq çərçivəyə uyğun icra etməsini, azı 50 müəssisənin rəqəmsal çərçivə əsasında fəaliyyət göstərməsini, işğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında rəqəmsal fəaliyyətin payının azı 20 faiz artmasını təmin etməlidir.






