Azad edilmiş ərazilərdə əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə 2 il müddətində iş icazəsi veriləcək.
Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərlə münasibətdə iş icazəsinin müddətinin hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadılmasına imkan veriləcək.
Qüvvədə olan qanunvericiliyə əsasən, ümumi əsaslarla iş icazəsi 1 il müddətində verilə, onun müddəti isə hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər.
Dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə gələn ilin yanvarın 1-dən 2028-ci ilin yanvarın 1-dək qüvvədə olacaq.