7 C
Baku
Thursday, December 12, 2024

Azad edilmiş ərazilərdə 2 yeni vergi idarəsi yaradılıb

Hazırda işğaldan azad edilmiş ərazilərdə 2 yeni vergi idarəsi yaradılıb və struktura daxil edilib.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 2.7 mindən çox vəzifəli şəxs fəaliyyət göstərir: “Vergi xidməti ölkənin bütün ərazilərində fəaliyyət göstərir. Bakı şəhərində mərkəzi aparatdan başqa, 7 idarəmiz var. Regionlarda isə 14 struktur bölmə fəaliyyət göstərir. Vergi orqanlarında xidmət xidmətin xüsusi növüdür. Xüsusi rütbə maaşlarına da yenidən baxılıb və bugünkü reallığa uyğunlaşdırılıb. Xüsusi rütbə verilməsi zamanı hər hansı pozuntulara yol verilməməsi üçün məhdudiyyətlər müəyyən edilib. Ən aşağı xüsusi rütbə ilkin olaraq vəzifəyə təyin olarkən veriləcək”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər