Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilməsi təklif edilən bir sıra investisiya layihələri açıqlanıb.
Layihələr bir sıra sahələri əhatə edir.
Farfordan dekorativ mətbəx məhsullarının istehsalı müəssisəsinin qurulması ilə bağlı layihənin dəyəri 25 milyon manatdır. Layihə çərçivəsində farfordan dekorativ mətbəx məhsulları istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Ölkədə bu sahədə istehlak məhsullarının idxal payı yüksəkdir, ölkədə yerli istehsal azdır. Müəssisənin istehsal gücü illik 18 milyon ədəd təşkil edir.
Digər layihə santexnika məhsullarının istehsalı müəssisəsinin qurulmasıdır. Layihənin dəyəri 20 milyon manatdır. Bu sahə üzrə ölkə üzrə istehlakın 100%-i idxal hesabına həyata keçirilir. 2022-ci il üzrə idxal 20 milyon ABŞ dolları olub.
Təklif edilən digər layihə şəxsi sanitar məmulatların istehsalıdır.
Yerli xammaldan istifadə edərək və daxili tələbatı nəzərə alaraq Ağdam Sanaye Parkı ərazisində şəxsi sanitar məmulatların istehsalı təklif edilir. Bu zaman kaolin (kaolinite) gili, əhəng daşı, kvars qumu və qırmızı gilə olan tələbatın daxili istehsal, sahə şpatı, rəngli şirə və digər maddələrə olan tələbatın isə idxal hesabına ödənilməsi nəzərdə tutulur. Layihənin dəyəri 17 milyon manatdır.