8 C
Baku
Sunday, December 22, 2024

Azad edilmiş ərazilərdə işlə təmin olunan şəxslərin sayı açıqlanıb

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürülməsi nəzərdə tutulan 1293 min nəfər şəxsin adlı siyahısı üzrə təhlil aparılıb və məlum olub ki, 94.4 min nəfər – 73 faiz əmək qabiliyyətli şəxsin 19.2 faizi peşəsi olanlar, 76.3 min nəfəri isə ixtisassızdır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, köç etmiş 4 691 nəfərdən əmək qabiliyyətli olanlar 3 116 nəfər, iqtisadi fəal olanlar 1 934 nəfər, 0-14 yaşda olanlar 1 123 nəfər, 65 yaşdan yuxarı olanlar 452 nəfər, bütün təhsil pillələrinə malik ixtisaslıların sayı isə 977 nəfərdir. Məşğulluğu təmin edilən şəxslər 1 138 nəfərdir ki, bu da əmək qabiliyyətlilərin 36.5 faizidir.

M.Abbasbəyli qeyd edib ki, proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məşğulluq mərkəzlərinin fəaliyyətinin bərpa olunmasına başlanılıb və peşə hazırlığının təşkili üzrə yol xəritəsi hazırlanıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər