Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.
Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Sosial müavinətlər haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Bu müavinət 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək veriləcək.