13 C
Baku
Tuesday, October 14, 2025

Azad edilmiş ərazilərdə yeni elektrik enerjisi stansiyaları istismara veriləcək

Azad edilmiş ərazilərdə sənaye miqyaslı günəş və külək elektrik enerjisi stansiyalarının potensialının çox olduğu yerlər var.

Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.

Onun sözlərinə görə, günəş enerjisi ilə bağlı Cəbrayıl və Zəngilan, külək enerjisi üzrə isə Laçın və Kəlbəcərdə ciddi potensial mövcuddur: “Bu istiqamətdə müvafiq işlər gedir. Ümumilikdə, sözügedən zonalarda elektrik enerjisi stansiyalarının yaxın zamanlarda istismara veriləcəyinin şahidi olacağıq. Artıq stansiyaların bir qisminin təməli qoyulub, bir qismində ölçmələr gedir, bir hissəsində isə bütün müqavilə bazası hazırdır.

Bütün bu proseslər müvafiq infrastruktur olmadan mümkün deyil”.

“Cəbrayılda “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları (SES), eyni zamanda digər kiçik su elektrik stansiyalarının (KSES) qoyuluş gücünün təxminən 500 meqavatın üzərində olması gözlənilir”, – deyə C. Abdullayev vurğulayıb.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər