17 C
Baku
Thursday, May 23, 2024

Azad edilmiş ərazilərin elektron su xəritəsi hazırlanır

Yeraltı və yerüstü su mənbələrinin qiymətləndirilməsi, məlumat bazasının və elektron su xəritəsinin hazırlanması işləri aparılıb.

Bu barədə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupun Füzuli Hava Limanının inzibati binasında keçirilən iclasında deyilib.

Qeyd edilib ki, bu tədbirlər Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icraçı olduğu tədbirlər üzrə görülmüş işlər çərçivəsində həyata keçirilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər