18 C
Baku
Sunday, April 28, 2024

Azad edilmiş rayonlarda sahibkarlıq üçün 73 investisiya layihəsi üzrə işlərə başlanılıb

İşğaldan azad edilmiş rayonlarımızda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İqtisadiyyat Nazirliyinə 1400-dən çox müraciət daxil olub. Ticarət, xidmət, kənd təsərrüfatı və sənaye sahələrini əhatə edən 73 investisiya layihəsi ilə bağlı işlərə başlanılıb.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda deyib.

“2023-cü ildən işğaldan azad edilmiş rayonlarda sahibkarlıq fəaliyyətinin cəlbediciliyini artıqmaq məqsədilə azad edilmiş rayonlarda rezidentlər mənfəət, gəlir, əmlak və torpaq vergisindən azad edilib. Onların sosial sığorta ödənişləri dövlət büdcəsi hesabına subsidiyalaşdırılıb. Eyni zamanda bu ərazilərdə istehsalı stimullaşdırmaq üçün xammal idxalı 10 il müddətində ƏDV-dən azad edilib”, – deyə S. Ələkbərov əlavə edib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər