25 C
Baku
Sunday, April 21, 2024

Azad olunmuş ərazilərdə avtomobil yollarının tikintisi 2025-ci ildə yekunlaşdırılacaq

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinn Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi cari ildə də davam etdirilir”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Banker.az-a verilən xəbərə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.

2022-ci ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Bərdə-Ağdam avtomobil yolu (44.5 km, 4 hərəkət zolaqlı),

2. Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (32 km, 2 hərəkət zolaqlı),

3. Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı),

4. Talış-Tapqaraqoyunlu-Qaşaltı avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı),

5. Qubadlı-Eyvazlı avtomobil yolu (28.5 km, 2 hərəkət zolaqlı).

2023-cü ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu (81.6 km, 4-6 hərəkət zolaqlı),

2. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70.4 km, 4 hərəkət zolaqlı),

3. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (39.7 km, 4 hərəkət zolaqlı),

4. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (834.1 km, 2 hərəkət zolaqlı),

5. Qubadlı-Mahmudlu-Yazıdüzü-Ermənistan sərhədi avtomobil yolu (26.4 km, 2 hərəkət zolaqlı) avtomobil yolu,

6. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri.

2024-2025-ci illərdə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (123.9 km, 4-6 hərəkət zolaqlı),

2. Ağdam-Füzuli avtomobil yolu (64.8 km, 4 hərəkət zolaqlı),

3. Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (81.6 km, 2-4 hərəkət zolaqlı),

4. Kəlbəcər-Laçın avtomobil yolu (76.3 km, 2-4 hərəkət zolaqlı).

62d555111d09462d555111d095165814811362d555111d09262d555111d093

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər