19 C
Baku
Sunday, October 13, 2024

Azad olunmuş ərazilərin iqtisadi fəaliyyətdə payı artırılacaq

2022-2026-cı illərdə İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmini üçün görüləcək işlər müəyyən edilib.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Strategiyaya əsasən, işğaldan azad edilmiş ərazilərin ölkə üzrə iqtisadi fəaliyyətdə payının artırılması nəzərdə tutulur. Başqa sözlə, əgər 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə yaşıllığın payı 12% olubsa, 2026-cı ildə bu göstəricinin 12.3%-ə (əlavə 30 min ha sahə) çatdırılması hədəfi qoyulub.

2021-ci ildə istifadəyə yararsız torpaq sahəsinin payı 25% olubsa, 2026-cı ildə isə yararsız torpaqlarının sahəsinin 10 faiz azaldılaraq 15 faizə endirilməsi nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər