2023-2024-cü tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 məktəb fəaliyyət göstərəcək.
Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.
Nazirin sözlərinə görə, açılışı nəzərdə tutulan məktəblərdə təhsil alacaq şagirdlərin sayında artımlar mütəmadi olacaq, çünki köç prosesi davam edir.”Ağalı kəndində 120 şagird 11 sinifdə təhsil alacaq. 15 müəllim çalışacaq. Tərtər rayonunun Talış kənd tam orta məktəbində 7 sinifdə 19 şagird təhsil alacaq. 8 müəllim fəaliyyət göstərəcək. Füzuli şəhəri 1 saylı məktəbdə 11 sinif otağı var. Burada 104 şagird təhsil alacaq. 15 müəllim olacaq. Laçın şəhəri 2 nömrəli məktəbdə 11 sinif otağı olacaq. 137 şagird təhsil alacaq. Onlara 16 müəllim tədris verəcək. Laçın rayonu Zabux kənd məktəbindədə 11 sinif olacaq.51 şagird təhsil alacaq. Onlara 15 müəllim dərs deyəcək. Şuşa şəhər 1 nömrəli tam orta məktəbində isə 12 sinif olacaq. Burada 349 şagird olacaq. 25 müəllim onlara dərs deyəcək. Saylar artacaq”, – nazir deyib.