21 C
Baku
Monday, April 29, 2024

Azad olunmuş ərazilərdə bu il 3 yolun tikintisinə başlanılacaq

Ötən il Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər (uzunluğu 80 km), Ağdərə–Ağdam (35,5 km), Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən yol (18 km) və Şuşa-Laçın (41 km) avtomobil yollarının yenidən qurulmasına artıq başlanılıb.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 2023-cü il ərzindəki fəaliyyətinin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan Kollegiya iclası zamanı AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, 2024-cü ildə isə, bu bölgədə Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 km), Tərtər-Ağdərə (24,2 km) və Füzuli- Xocavənd-Ağdam (55,7 km) avtomobil yollarının yenidən qurulmasına start veriləcəyi planlaşdırılır.

Saleh Məmmədov qeyd edib ki, 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2 229 km təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub ki, cənab Prezidentimiz İlham Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilən bu yol infrastrukturu quruculuğu işləri modern səviyyədə reallaşır.

Qeyd edilib ki, AAYDA tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası 2023-cü ildə də uğurla davam etirilib. Bu çərçivədə ötən il ərzində tikintisi aparılan uzunluğu 66,4 km təşkil edən 39 avtomobil tunelindən, uzunluğu 47,9 km təşkil edən 18 ədədində qazma işləri başa çatdırılıb (72,1%).

Həmçinin hesabat dövrü ərzində ümumi uzunluğu 55,8 km olan Laçın şəhərinin küçə və yolları da asfalt-beton örtük tikilməklə bərpa olunub.

Ölkəmizdə avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin artdığını bildirən Saleh Məmmədov qeyd edib ki, ümumilikdə 2023-cü il ərzində 881,7 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər