İşğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislərə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, bu ayın sonunda statistik məlumatlar açıqlanacaq.
Qeyd edək ki, həmin şəxslərə ödənilən birdəfəlik ödənişin məbləği 600 manatdır.
İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislər üçün dəstək tədbirləri
– Birdəfəlik müavinət (600 manat)
– Aylıq vəzifə maaşına əlavə
– Hər il 5 gün əlavə məzuniyyət
Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, azad edilmiş ərazilərimizdə əmək müqaviləsi əsasında işləyən işçilər aiddir.