25 C
Baku
Monday, April 29, 2024

Azadlıq Prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Sabah saat 23:00-dan iyunun 27-si saat 06:00-a qədər Bakının Azadlıq Prospektində (Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsindən İzzət Həmidov küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, yol hərəkəti qaydalarına riayət etmələrini və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər